İranda dini xadim güllələndi

0

İranda dini xadim Məhəmməd Sabahinin güllələnməsi hadisəsi baş verib.

Musavat.com IRNA informasiya agentliyinə istinadən xəbər verir ki, bu gün Kazərun şəhərində cümə namazından sonra naməlum şəxs Sabahini vurub. Hadisədən sonra hücum edən şəxs intihar edib.

Məhəmməd Sabahini xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə cəmiyyətdə böyük şok və narahatlıq doğurub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »