İstabulda FETÖ-yə qarşı əməliyyatlar: 15 nəfər saxlanıldı

0

İstanbulda 3 vilayətdə FETÖ silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə qrupları FETÖ/PDY silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərən şəxslərin müəyyən edilərək tutulması üçün işlərə başlayıb.

Başladılan əməliyyat nəticəsində dünyasını dəyişən təşkilat lideri Fətullah Gülənin ünvanına sosial şəbəkədə tərifli paylaşımlar edən 15 nəfər saxlanılıb.

Təşkilata məxsus evlərdə qalan 13 nəfərin şəxsiyyəti müəyyən edilib. Saxlanılanlar arasında “Yeni Asya” qəzetinin baş redaktoru Kazım Güleçyüzün də olduğu öyrənilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »