İranın dövlət idarələrinə XƏBƏRDARLIQ edildi: Hazır olun – FOTO

0

İranın dövlət dairələrinə xəbərdarlıq edilib. 

Musavat.com xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin yaydığı gizli sənəddə bildirilib ki, İranın İsrailin hərbi hədəflərinə raket hücumlarından sonra dövlət dairələrinə qarşı cavab və ya terror-təxribat hərəkətlərinin ehtimalı var.

Sənədi iranlı jurnalist Məhəmməd Məcid Əhvazi “X” hesabında paylaşıb.

Gizli sənədə əsasən, dövlət dairələrindən neft emalı zavodlarına, ötürücü xətlərə, enerji paylayıcı şəbəkələrə, stansiyalara, radio-televiziya avadanlıqlarına, körpülər, neft-kimya tünellərinə hücum ehtimalına qarşı ayıq-sayıq olmaları istənilib.

Qeyd olunub ki, polis və hərbi qüvvələr təhülkəsizliyi qorumaq məqsədilə bir sıra tədbirlər görəcəklər.

 

photo_2024-10-23_03-50-16.jpg (133 KB)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »