Birləşmiş Ştatlar Ukraynaya ATACMS uzaqmənzilli raketləri ilə Rusiya Federasiyasına zərbə endirmək icazəsi vermir. Bunun səbəbi, Rusiya Hava Kosmik Qüvvələrinin (VKС) baza yerlərinin artıq raketlərin çatma zonasından kənarda olmasıdır.
İctimai Rəy xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Austin məlumat verib.
Austin bildirib ki, Rusiya artıq hava flotunu ATACMS raketlərinin çatma zonasından kənara köçürüb.