Zümrüd Ağayevaya yeni vəzifə verildi

0

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

O, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq./İdman.biz

Leave A Reply

Your email address will not be published.

Tərcümə »