Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

0

Avtomobilin vurduğu 70 yaşlı piyada xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıtın 9-cu mikrorayonunda qeydə alınıb.

Yolu keçmək istəyən piyada,1954-cü il təvəllüdlü Elyaz Muxtar oğlu Məmmədovu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »