Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib

0

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq növbəti tədbir keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə Pircahan kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 6350 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »