Bakı, Kiyev və Moskva arasında “qaz ixracı” söhbəti

0

Rusiya nəşri iddia edir ki, Ukrayna Azərbaycan qazını idxal sxemi ilə “Qazprom”u “qazlamaq” istəyir…

“Qazprom”la tranzit müqaviləsinin bitməsinə iki ay yarım qalmış Kiyev Rusiya qazını Azərbaycan qazı ilə əvəz etməyi təklif edir.

Musavat.com xəbər verir ki, bu barədə “Vzqlyad”nəşri yazıb.

Bildirilir ki, təklifə görə Ukrayna özü reeksportçuya, yəni qazın sahibinə çevrilməli və Ukraynanın yeraltı anbarlarına vurulmalıdır.

Kiyevin təklif etdiyi Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi mexanizmi belə təsvir edilir. Alıcı (Slovakiya və ya Avstriya) Azərbaycan qazını Azərbaycanın Rusiya ilə sərhədində və ya Rusiya və Ukrayna sərhədində alır. Eyni zamanda, qazın sahibi özü də qazı Rusiya ərazisindən çəkməyə razılaşır və onu Ukraynanın qərbindəki yeraltı anbarlara vurur. Sonra isə qazın “sahibi” xaricə satmaq da daxil olmaqla ondan istədiyi kimi istifadə edə bilər. Ukrayna bildirir ki, o, bu sxem üzrə tranzit deyil, reeksportçudur.

60b751c241b5860b751c241b59162262675460b751c241b5660b751c241b57.jpg (199 KB)

Rusiya nəşri yazır ki, təsvir edilən təkliflə bağlı çoxlu suallar var. Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin eksperti İqor Yuşkov “Vzqlyad”a bu barədə belə deyib:

“Birinci sual budur: Azərbaycan əlavə qazı haradan əldə edəcək?  İndi Azərbaycan faktiki olaraq öz imkanları həddində  TAP və TANAP qaz kəmərləri  vasitəsilə  Türkiyə və Avropaya çatdırır. Avropa nümayəndə heyətləri davamlı olaraq Azərbaycana səfər edərək qaz tədarükünün artırılmasını xahiş edirlər, lakin onlar uzunmüddətli müqavilələr imzalamaq istəmirlər. Hətta Rusiyanın qaz nəqli sistemindən istifadə etmək mümkün olsa və yeni qaz kəmərinin tikintisinə pul xərcləməyə ehtiyac olmasa belə, Azərbaycan hələ də qaz yatağının işlənməsinə böyük investisiyalar yatırmalıdır. Bakıya isə yeni yataqların işlənməsi üçün on milyardlarla dolların qaytarılmasına zəmanət lazımdır və bunun üçün alıcılarla kommersiya müqavilələri imzalamalıdır. Azərbaycan Türkiyə və Avropaya qaz tədarükü üçün qaz kəmərləri çəkərkən, ilkin olaraq konkret həcmdə qazın alınması üçün kommersiya müqavilələri imzalayıb. Türkiyə ilə 6 milyard kubmetr, Yunanıstan və Bolqarıstanla hər biri 1 milyard kubmetr, İtaliya ilə isə 8 milyard kubmetr həcmində tədarük üçün müqavilə imzalanıb. Bu müqavilələr üçün xüsusi olaraq “Şahdəniz- 2” resurs bazası hazırlanmışdır. Bu, onlara böyük məbləğə başa gəldi: qaz kəmərləri və yataqların işlənməsinə ümumilikdə təxminən 50 milyard dollar xərclənib. Onlar  hələ də bu sərmayələri geri qaytarırlar”.

7-3.jpg (41 KB)

Ekspertə görə, hazırda Ukrayna ərazisindən keçən 15 milyard kubmetr Rusiya qazını əvəz etmək üçün Bakıya daha milyardlarla dollar investisiya lazımdır. 

“İndi avropalılar Bakı ilə anlaşma tapıb müqavilələr bağlasalar belə, yataqların işlənməsinə illər lazım olacaq və onlardan Azərbaycan qazının ilk tədarükünü nə az, nə çox, dörd-beş ildən sonra gözləmək olar. Buna görə də, bütün iştirakçılar bu sövdələşməyə  razılaşsa belə, Azərbaycan Ukraynadan keçən 15 milyard kubmetr həcmdə Rusiyanı  əvəz edə bilməyəcək. Ona görə də ehtimal etmək olar ki, söhbət Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinin virtual sxemindən gedir. Ola bilsin ki, Ukrayna ümid edir ki, Rusiya qazını Azərbaycana kağız üzərində satacaq, Bakı isə onu kağız üzərində də Slovakiyaya satacaq. Amma texniki cəhətdən heç nə dəyişməyəcək: Ukrayna kəmərinə eyni Rusiya qazı (sənədlərə görə isə Azərbaycan) daxil olacaq.

Belə olan halda, Ukraynanın təkrar ixracatçıya çevrilmək istəyi və bu qazın onun yeraltı anbarlarına vurulması tələbi o qədər də aydın deyil. Təkrar ixracatçı olmaq üçün Ukrayna bu qazın sahibi olmalıdır. Və bunun üçün Azərbaycan bu rus qazını əvvəlcə Ukraynaya satmalı olacaq, o da sonra onu Slovakiyaya və ya Avstriyaya sata biləcək”.

563x304-1.jpg (48 KB)

“Bu, “Qazprom”un razılaşa bilməyəcəyi variantdır. Çünki o zaman “Qazprom” 2040-cı ilədək olan Slovakiya və Avstriya ilə mövcud uzunmüddətli müqavilələrini pozmalı olacaq.  “Qazprom” niyə bu müqavilələri pozsun? “Qazprom” üçün status-kvonu saxlamaq daha sərfəlidir ki, Avropa Ukraynaya təzyiq etsin və o, Rusiya qazının 2025-ci ildən etibarən hərraclar sistemi və tranzit imkanlarının rezervasiyası vasitəsilə tranzitinə icazə verir. Başqa  bir variant: Azərbaycanın SOCAR şirkəti “Qazprom”la agentlik sazişi bağlayır və “Qazprom” adından Ukrayna operatorunun Avropa qanunvericiliyi çərçivəsində müntəzəm olaraq keçirməli olduğu qaz tranzit imkanları üzrə hərraclarda iştirak edir. Amma praktikada “Qazprom” yenə də qazın sahibi olacaq və onu indi olduğu kimi avropalılara vuracaq. Yəni Bakı, əslində, yalnız hüquqi vasitəçi olacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »