COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək

0

COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.

İctimai Rəy xəbər verir ki, bu barədə report.az-ın sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq: “Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanların hamısında təcili tibbi yardım briqadaları olacaq”.

Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »