Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb

0

Oktyabrın 10-dan 13-dək Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanmış “Azərreyl” klubunun qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar.

“Report” xəbər verir ki, Azərbaycanın çimərlik voleybolçularını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Hava limanında voleybolçuları ictimaiyyət nümayəndələri, jurnalistlər, idman azarkeşləri qarşılayıblar.

Qeyd edək ki, oktyabrın 13-də “Azərreyl” klubunun kişilərdən ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb. Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb. İki görüşün birində “Azərreyl” (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.

“Azərreyl”in qadınlardan ibarət komandası da Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »