Niderland Bakı ilə “savaşa” başladı, Azərbaycandan cavab “atəşi” açıldı

0

 Niderlandın Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyi rəsmi Bakının sərt reaksiyasına səbəb olub.

Oktyabrın 10-da Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən iki Azərbaycan əleyhinə qətnamə, Niderlandın müstəmləkə siyasətinin uzun müddətdir tənqid edildiyi Bakı Təşəbbüs Qrupu tərəfindən sərt qarşılandı. Bakı Təşəbbüs Qrupu, tarixi saxtalaşdırmağa çalışan bu addımı Niderlandın öz keçmişində və bugünkü siyasətində çoxsaylı cinayətlərə əsaslanan müstəmləkəçilik fəaliyyətlərinin gizlədilməsi cəhdi kimi dəyərləndirib.

Bu siyasi “savaş”da Bakıdan verilən cavab açıq oldu: Niderland, öz ərazilərində – Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında həyata keçirdiyi assimilyasiya siyasətini dayandırmalı, yerli əhalini təqib və zorla köçürmə siyasətinə son verməlidir. Bakı, beynəlxalq ictimaiyyəti bu cinayətləri araşdırmağa və Niderland hökumətinə təzyiq göstərməyə çağırdı. Eyni zamanda, bu adalarda yerli xalqların hüquqlarının bərpası üçün xüsusi bir Araşdırma Komissiyasının yaradılması təklifi irəli sürüldü.

Azərbaycan tərəfi, beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı təşəbbüslərə və Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayır. Bu qətiyyətli bəyanatla Bakı, Niderlandın müstəmləkəçilik siyasətinin açıq şəkildə ifşa olunmasını və beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsini tələb edir.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »