Kazanda gecə klubunda Rusiya himninə görə atışma baş verib

0

Kazanda (Rusiya) karaoke-klubun yaxınlığında ziyarətçi və müəssisə əməkdaşlarının iştirakı ilə atışma baş verib.

Hadisə yerinə polis və təcili yardım maşınları gəliblər. Qeyd olunub ki, kişi DJ-dən Rusiya himnini qoymağını istəyib, lakin müəssisənin işçiləri bunu rədd ediblər və bu da davaya səbəb olub.

Münaqişə zamanı ziyarətçi silahını çıxararaq havaya iki atəş açıb. Daha sonra iddiaya görə, müəssisə əməkdaşları silahlarını çıxarıblar.

Hadisəni törədən 57 yaşlı yerli sakin 12 dostu ilə karaoke-kluba ad gününü qeyd etməyə gəlibmiş.//Oxu.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »