Şolts Türkiyəyə GEDİR

0

Almaniya kansleri Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Bühner brifinqdə jurnalistlərə bildirib.

Bühner qeyd edib ki, danışıqlarda böyük ehtimalla Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət, həmçinin miqrasiya problemi müzakirə olunacaq.

Danışıqlardan sonra mətbuat konfransı planlaşdırılıb.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »