Putinlə Pezeşkian Aşqabadda görüşdü

0

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında Aşqabadda danışıqlar olub.

Məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, bu, Məsud Pezeşkian seçiləndən sonra prezidentlər arasında ilk əyani görüşdür.

Qeyd edək ki, Türkmənistanın paytaxtı Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forum keçirilir. (Report)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »