Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Abxaziya və Cənubi Osetiyanın geri qaytarılmasını nəzərə alaraq ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır.
“Report” xəbər verir ki, bu barədə İrakli Kobaxidze Gürcüstanın “İctimai Televiziyası”na müsahibəsində deyib.
“1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür ”, – deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya Gürcüstan vətəndaşları üçün vizasız rejimi sadələşdirib.