Ətrafımızdakı bu adamlar bizi öldürə bilər – XƏBƏRDARLIQ

0

Statistik araşdırmalar bir çox cinayətlərin ailə üzvləri və ya yaxın tanışlar arasında törədildiyini göstərir. Maraqlıdır, bəs bunun səbəbi nədədir? Niyə həmişə etibar etdiyimiz, güvəndiyimiz insanlar bizə zərər verir?

Psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a bu sualların cavabını belə izah edib:

“Niyə yaxın adamlarımızdan zərər görürük? Çünki yaxın adamlarımıza bütün səmimiliyimizlə bizi incidəcək bütün səbəbləri aşılayırıq. Bundan istifadə edən insan sabah rahatlıqla bizə qarşı olan münasibətlərində ən zəif nöqtəmizdən istifadə edərək bizə ilk zərbəni vurur. Fərqi yoxdur, bəzən bacı-qardaş, yaxud əmioğlu, bibioğlu, hətta ən yaxın rəfiqən, dostun belə həmin adam ola bilər. Yaxınlar sənin zəif nöqtəni bilir deyə, birbaşa sənin psixi inikana onunla təsir göstərməyə başlayır. Bu təsirin nəticəsində yaxınlarımızdan gələn təhlükə ilə qarşılaşa bilirik. Bəzən də bunlar hansısa məqamda cinayət hadisələrinə gətirib çıxarır”.

Psixoloq insanları qarşı tərəfə qarşı çox da səmimi olmamağa çağırır:

“Maksimum çalışmaq lazımdır ki, insanlarla qurulacaq hər hansı münasibətdə bu şəxs ən əzizin olsa belə, həddən artıq səmimiyyət ötürməyəsən. Qarşı tərəf bizim səmimiyyətimizdən istifadə edəndə isə özümüz bilmədən bu təhlükənin qarşısında qalırıq. Belə olduqda, inamımız itir, güvən yoxa çıxmağa başlayır. İtən güvənin qarşılığında qazanmaq əvəzinə itirməyə doğru addımlar atırıq. Bəzən də elə olur ki, müəyyən vəzifədə olan adamlar öz qohumlarından çox yadlara etibar edirlər. Çünki yada sözlərini deyə bilirlər. Bunu təkcə real həyatda yox, müəyyən film və seriallarda da görmək mümkündür. Yaxın bildiyin adamların insana daha çox zərbə vurduğunu müşahidə edirik. Nə olursa – olsun, insan gərək bir az əlçatmaz ola. Əlçatan olduqda isə hər bir sahədə zərbələrlə qarşılaşmaq riski çoxalır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »