Deputat vəzifəsindən azad edildi

0

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində ilk dəfə deputat seçilən Mircəlil Qasımov “Bakı Məişət Maşınları” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.

İctimai Rəy modern.az-a istinadla xəbər verir ki, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.

Qeyd edək ki, “Bakı Məişət Maşınları” ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.

Məlumata görə, “Bakı Məişət Maşınları” ASC-nin sədri vəzifəsinə Məhərrəməli Pənahov gətirilib. O, “Ceyranbatan Polimer Materialları” ASC-nin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, 1992-ci ildə anadan olan Mircəlil Qasımlı Milli Məclisin ən gənc deputatıdır. O, Bakı şəhərində anadan olsa da, əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Deputat parlamentdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »