Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi – Hadisənin TƏFƏRRÜATI

0

Bakıdakı 212 nömrəli tam orta məktəbdə beşinci sinif şagirdinin tənəffüs zamanı sinif yoldaşını itələdiyi bildirilir.

Valideynin iddialarına görə, hadisə zamanı yerə yıxılan övladı baş nahiyəsindən xəsarət alıb.

Şagirdin valideyni Xatirə Nəsirova bildirib ki, övladını məktəbə göndərməyə qorxur. Çünki orada övladının təhlükəsizliyindən əmin deyil.

Sözügedən şagirdlərin sinif rəhbəri Elnarə Teyyublunun sözlərinə görə, hadisəni törətdiyi iddia edilən məktəblinin özünü aqressiv apardığını hamı bilir.

Valideyn Xatirə Nəsirova məsələ ilə bağlı polisə şikayət ədib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə qeyd edilib ki, məktəb rəhbərliyi hər iki valideynlə görüş keçirib. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »