ABŞ-da seçki ərəfəsində Demokratlar onlayn-reklama xərclərinə görə Respublikaçıları xeyli üstələyirlər.
Musavat.com The Washington Post-a istinadən xəbər verir ki, yeganə istisna amerikalı sahibkar, respublikaçı namizəd Donald Trampı dəstəkləyən İlon Maska məxsus X sosial şəbəkəsidir. Respublikaçılar Partiyasının tərəfdarları oradakı reklamlara demokratlardan üç dəfə çox pul xərcləyiblər.
Məlumata görə, martın 6-dan oktyabrın 1-dək Respublikaçı tərəfdarlar Demokratlar tərəfdarlarının 1 milyon dolları ilə müqayisədə X-də reklam üçün 3 milyon dollar xərcləyiblər.
Qəzetin yazdığına görə, əvəzində Demokratlar YouTube, Facebook və Google kimi digər platformalarda rəqəmsal reklamlara əhəmiyyətli dərəcədə daha çox pul xərcləyirlər.