Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də keçiriləcək iclasından əvvəl danışıqlar aparılacaq.