“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar gələn yay “Barselona”ya qayıda bilər.
İctimai Rəy Sport.es-ə istinadən xəbər verir ki, braziliyalı kataloniya klubunun transfer siyahısında ikinci prioritetdir.
Məlumata görə, “Barselona”nın əsas hədəfi “Mançester Siti”nin futbolçusu Erlinq Haalanddır. Əgər norveçlini ala bilməsələr, “blauqrana” Neymarla hücum xəttini gücləndirmək istəyir. Bundan əlavə, gələn yay 32 yaşlı braziliyalı azad agent olacaq. “Barselona” yüksək səviyyəli cinah oyunçusunu pulsuz almaqda maraqlıdır.
Qeyd olunur ki, Neymar 2026-cı il dünya çempionatı üçün Braziliya millisinə düşmək istəyir. “Barselona”ya keçid onu dünya çempionatına milli komandaya çağırmaq üçün yaxşı formada saxlaya bilər.