Rusiya XİN Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb

0

Yaxın Şərqdəki vəziyyət Bayden administrasiyasının uğursuzluğudur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Yaxın Şərqdəki vəziyyət Bayden administrasiyasının uğursuzluğudur. Ağ Evin qeyri-müəyyən bəyanatları böhranların həllində tam acizliyini nümayiş etdirir. Blinkenin səyləri on minlərlə insan itkisinə və çıxılmaz vəziyyətə gətirib çıxarıb”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.\\Trend

Leave A Reply

Your email address will not be published.

Tərcümə »