Qız təcavüzkardan qaçmaq üçün özünü binadan atdı

0

Rusiyanın Sankt-Peterburq şəhərində qız cinsi təcavüzdən qorunmaq üçün özünü altıncı mərtəbədən atıb.

22 yaşlı peterburqlu qadının sağ olduğu, şübhəlinin isə artıq saxlanıldığı qeyd edilir.

Məlumata görə, hadisə oktyabrın 2-nə keçən gecə Zastavskaya küçəsində baş verib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Cinayətkar elə həmin küçədə saxlanılıb.

Faktla bağlı 2 maddə üzrə cinayət işi açılıb. (lent.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »