Tbilisi prospektində yenilik edildi – 40 manat cəriməsi var

0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.

İctimai Rəy agentliyə istinadən xəbər verir ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir.

Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »