Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təbiətə və ətraf mühitə zərər vermədən təhlükəsiz istifadəsini təmin etməlidir.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakı İqlim Həftəsinin ikinci günündə keçirilən paneldə deyib.
“Qida sistemi hazırda qlobal istixana qazı emissiyalarının üçdə birini təşkil edir. Bu, biomüxtəlifliyin itirilməsi və meşələrin qırılmasının əsas səbəbi olaraq qalır”, – səfir bildirib.
Diplomat vurğulayıb ki, XXI əsrin ortalarına qədər bu sistem bütün dünyada 10 milyard insanı kifayət qədər əlçatan qida ilə təmin etməli olacaq.