Türkiyə MİT-in nöqtə əməliyyatı ilə terrorçuların aparıcı fiqurlarından biri öldürülüb

0

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı – MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının sözdə rəhbərlərindən biri Lokman İsmail öldürülüb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, 30 il ərzində PKK/KCK daxilində fəaliyyət göstərən terrorist Lokman İsmail tam dəqiq atəşlə zərərsizləşdirilib.

PKK/KCK-lı Lokman İsmail 2015-2016-cı illərdə Şırnakda baş verən xəndək-barikat hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs idi.

Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə qarşı həyata keçirilən bombalı hücumun əmrini verən də yenə Lokman İsmail idi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »