Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır

0

Son 30 ildə dünyada uşaq və yeniyetmələrdə müşahidə olunan yaxıngörmə (miopiya) əhəmiyyətli dərəcədə artıb.

Çin alimlərinin fikrincə, bu gün dünyada hər üçüncü uşaq bundan əziyyət çəkir. 2050-ci ilə qədər onlar yetkinlik yaşına çatmayanlar arasında miopiya hallarının 740 milyonu keçəcəyini proqnozlaşdırırlar.

CNN British Journal of Ophthalmology jurnalında dərc olunmuş genişmiqyaslı araşdırmada qeyd olunur ki, Quançjoudakı universitetin alimləri tərəfindən aparılan təhlilə görə, 1990-2000-ci illərdə miopiya uşaq və yeniyetmələrin 24%-də, 2020-ci ilə qədər isə qeydə alınıb. 2023-cü ildə bu rəqəm, demək olar ki, 36%-ə yüksəlib.

Alimlər bütün altı qitədə 50 ölkədən 5 milyondan çox uşaq və yeniyetmənin iştirak etdiyi 276 tədqiqatın məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Araşdırmada deyilir ki, miopiyanın yayılmasında nəzərəçarpacaq artım COVID-19 pandemiyasından sonra baş verib. Bu, açıq hava fəaliyyətinin azalması və ekranlara sərf olunan vaxtın artması ilə əlaqədar ola bilər.

Alimlər miopiyanın baş verməsində coğrafi faktorları da qeyd edirlər: Asiyada daha çox rast gəlinir. Şərqi və ya Cənubi Asiyadan olan uşaqlarda miopiya erkən yaşlarda inkişaf edir. “Təhsil müddəti ilə miopiyanın baş verməsi arasında korrelyasiya tapılıb və bu, bəzi Şərqi Asiya ölkələrində formal təhsilə erkən daxil olmanın potensial olaraq töhfə verən element kimi xidmət edə biləcəyini göstərir”, – tədqiqatda bildirilir.

Nümunə olaraq alimlər uşaqların 2-3 yaşlarında təhsilə başladıqları Sinqapur və Honq-Konqu göstərirlər. “Ehtimal ki, erkən yaşda təhsil təcrübələrinə məruz qalma uşaqlıqda miopiya tezliyinə təsir göstərə bilər”, – tədqiqatçılar bildirib.

Uşaqların əksəriyyətinin 6-8 yaş arasında məktəbə getdiyi Afrikada miopiyaya Asiyada olduğundan yeddi dəfə az rast gəlinir.

Məlumatların mövcud olduğu ölkələr arasında ən pis göstəricilər Yaponiya və Cənubi Koreyadadır, burada uşaqların müvafiq olaraq 85% və 74% miopikdir. Onları 46 faizlə Rusiya izləyir.

Miopiyanın ən aşağı nisbətləri Paraqvay və Uqandada təxminən 1% təşkil edir. Böyük Britaniya, ABŞ və Almaniyada bu rəqəm 15%-dən 20%-ə qədər dəyişir.

Tədqiqat həmçinin kənd və şəhər yerləri arasında miopiyanın yayılmasındakı fərqlərə də işarə edir. Belə ki, şəhərlərdə yaşayan uşaqlarda kənd yerlərində yaşayan uşaqlara nisbətən miopiya daha yüksəkdir.

Miopiyanın tezliyində cinsin də rolu var: qızlarda daha erkən yaşda görünməyə başlayır, çünki onlar məktəbdə açıq havada daha az vaxt keçirməyə meyllidirlər.

Onu da qeyd edək ki, miopiya ölkəmizdə də yayğındır. Bunu dərsə gedən azyaşlıların bir xeylisinin gözlüklü olması gendən göstərir.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »