Haiti Keçid Prezident Şurasının rəhbəri Edqar Leblank Fils hərəkəti ilə gündəmə gəlib.
İctimai Rəy “qafqazinfo”ya istinadən xəbər verir ki, o, BMT Baş Assambleyasında çıxışı zamanı stəkandan istifadə etməyərək birbaşa qrafindən su içib.
Bu zaman Leblank kürsüyə və üzərinə su töküb.
Qeyd edək ki, Haiti prezidenti J. Moiz və həyat yoldaşı 2021-ci ilin iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Haitidə yeni seçkilər keçirilənə qədər ölkəyə rəhbərlik edəcək Keçid Prezident Şurası yaradılıb.
Həmin görüntüləri təqdim edirik: