Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..
İctimai Rəy bildirir ki, artıq Xankəndidəki Qarabağ Universitetində tədris başlayıb. Tələbələr təhsil ocağına gələrək tədris prosesinə qoşulublar. İlk dərs günündə iştirak edən Elm və Təhsil naziri Emin Əmrullayev Universitetin fəaliyyəti və yeni fakültələr barədə məlumat verib.
Xocalı şəhərində də kənd təsərrüfatı elmləri fakültəsinin 2027 ildə fəaliyyətə başlaması planlaşdırılır.
Bu gün dərslərə başlayan tələbələr də öz təəssuratlarını bölüşüblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.