ABŞ prezidenti Co Bayden ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsi ilə bağlı fikrini dəyişməyib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Bayden hər zaman ABŞ-ın verdiyi uzunmənzilli silahların Rusiyadakı hədəflərə qarşı istifadə edilməməsinin bizim siyasətimiz olduğunu bildirir və bu məsələ ilə bağlı siyasətini dəyişməyib. O, hələ də eyni fikirdədir.”, – deyə Kirbi bildirib.
Onun sözlərinə görə, Baydenin Zelenski ilə görüşündə bu məsələ də müzakirə olunacaq.\\APA