Sürücülərə ŞAD XƏBƏR – Bu tarixlərdə Bakıda tıxac olmayacaq

0

11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur.

Onların arasında bir çox dünya ölkələrinin hökumət başçıları və rəhbər şəxsləri, iqlim və enerji mütəxəssisləri, jurnalistlər də var. Bu cür genişmiqyaslı tədbirin keçirilməsi üçün öncədən zəruri tədbirlər görülüb. Hər şeydən öncə, COP29-da iştirak edəcək qonaq sayı və tədbirin əhatə dairəsini nəzərə alsaq, paytaxtın nəqliyyat infrastrukturunda problemlərin olmaması olduqca vacibdir.

Yenisabah.az-ın araşdırmasına görə, məhz bu səbəbdən, təhsil müəssisələri və bir sıra iş yerlərində onlayn rejimə keçilməsi nəzərdə tutulur. Bu isə Bakı yollarında hazırda müşahidə olunan intensiv tıxacların kəskin sürətdə azalmasına gətirib çıxaracaq. Gündəlik olaraq univeristetlərə, məktəblərə və müxtəlif iş yerlərinə üz tutan şagird, tələbə və müəllimlərin sayını nəzərə alsaq, 10 minlərlə avtomobilin yollardan müvəqqəti də olsa, yığışılacağını demək olar. Belə olan təqdirdə, təkcə paytaxtımızın qonaqları yox, yerli sürücülər də 2 həftəlik “rahat nəfəs alacaq”.

Tədbir ərzində ətraf qəsəbələrdən, o cümlədən Sumqayıt və Xirdalan kimi Bakıya yaxın şəhərlərdən gündəlik fəaliyyət göstərən marşurtların da hərəkət cədvəlində dəyişikliklərin olması nəzərdə tutulur. Gələn qonaqların 2 həftəlik tədbir müddəti ərzində paytaxtın tarixi və turistik yerlərinə mütəmadi ekskursiyalar edəcəyini nəzərə alsaq, bu kimi tədbirlərin olması təşkilatçılıq baxımından da müsbət haldır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »