İtaliyanın müdafiə naziri Azərbaycana GƏLDİ-FOTO

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq Azərbaycanda səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »