Ötən həftə 242 mina, 491 partlamamış hərbi sursat zərərsizləşdirilib

0

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74, tank əleyhinə 168 mina və 491 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 968.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »