“Livan İsraillə qarşıdurmanın “Açıq hesab uğrunda döyüş” adlı yeni mərhələsinə daxil olub”.
Bu açıqlama ilə “Hizbullah” hərəkatının baş katibinin müavini Naim Kassem çıxış edib.
Baş katib İsrail ordusunun (SAXAL) Livan ətrafına hücumlarına toxunaraq bildirib: “İsrail bizi incidən və indiyə qədər görmədiyimiz ən yüksək qəddarlığı təmsil edən üç müharibə cinayəti törədib”.
İsrailə müraciət edən Kassem, ölkə iqtisadiyyatının çökəcəyini və hədəflərinin heç vaxt reallaşmayacağını bildirərək, Təl-Əvivin Fələstindəki müqaviməti beynəlxalq səviyyəyə çatdırdığını bildirib.//Oxu.az