UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun oyunlarına baş tutan 4 qarşılaşma ilə yekun vurulub.
“Report” xəbər verir ki, səfərdə “Atalanta” (İtaliya) ilə qarşılaşan “Arsenal” (İngiltərə) qolsuz heç-heçəyə razılaşıb.
Digər üç görüşdə isə meydan sahibləri rəqiblərinə 2:1 hesabı ilə qalib gəlib gəliblər.
“Monako” (Fransa) “Barselona”nı (İspaniya), “Atletiko” (Madrid, İspaniya) “Leypsiq”i (Almaniya), “Brest” (Fransa) isə “Şturm”u (Avstriya) üstələyib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
19 sentyabr
“Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya) 1:2
“Feyenoord” (Niderland) – “Bayer 04” (Almaniya) 0:4
“Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:0
“Atletiko” (Madrid, İspaniya) – “Leypsiq” (Almaniya) 2:1
“Monako” (Fransa) – “Barselona” (İspaniya) 2:1
“Brest” (Fransa) – “Şturm (Avstriya) 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.