“Neftçi” rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi

0

Bu gün Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

“Neftçi” rəhbərliyi prinsipial matçöncəsi toplanıb. Aparılan müzakirələr zamanı Roman Qriqorçuka dəstək ifadə olunub.

Başbilənlər ukraynalı çalışdırıcıya daha bir müddət şans verməyi qərara alıb. Yəni ki, derbidə hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, o, fəaliyyətini davam etdirəcək.

Liqanın geridə qalan 6 həftəsində qələbə qazana bilməyən mütəxəssisin gələcək taleyi yenə özündən asılıdır. Növbəti 3-4 tur bu mənada Qriqorçuk üçün çox əhəmiyyətlidir. (sportinfo.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »