Yeni bir süni intellekt proqramı istifadəçiləri daha sağlam seçimlər etməyə və daha uzun yaşamağa həvəsləndirmək üçün ölüm tarixini təyin edə biləcəyini iddia edir.
Proqram insanları sağlam dəyişikliklərə sövq etmək üçün ölüm faktorlarını hesablayır.
Tətbiqin məqsədi insanları çox gec olmadan həyatlarında mənalı dəyişikliklər etmələri barədə xəbərdar etməkdir. Şirkətin təsisçisi Brent Franson qeyd edib ki, dünyada səhiyyə yalnız problemlər yarandıqda müdaxilə edir və çox vaxt çox gec olur:
“Ölüm saatı sağlam həyat üçün tövsiyələrlə təchiz olunub və fərdləri daha uzun və sağlam ömür sürməyə təşviq edir. Qan testləri və genetik müayinələr kimi şəxsi sağlamlıq sənədləri tətbiqə yüklənə bilər. Daha sonra süni intellekt daxil edilmiş məlumatlar əsasında fərdiləşdirilmiş uzunömürlülük planı yaradır. Verilən suallar xolesterol səviyyəsi kimi bioloji amillərdən tutmuş, həm yuxu, həm də psixi sağlamlıqla bağlı suallara, insanın gündə nə qədər oturduğuna qədər müxtəlifdir”.
Sosial şəbəkələrdə edilən şərhlərdə praktikanın qorxulu olduğunu deyənlərlə yanaşı, yaxşı motivasiya vasitəsi olduğunu düşünənlər də var. (Publika.az)