BMT: Ukrayna sakinləri qışda 18 saata qədər işıqsız qala bilərlər

0

Rusiyanın Ukraynanın enerji sisteminə endirdiyi zərbələr qarşıdakı qış aylarında ölkə sakinlərinin həyat şəraitinə təhlükə yaradır.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqlarının Monitorinqi Missiyasının hesabatında deyilir.

Ekspertlərin sözlərinə görə, bu qış ukraynalıların elektrik enerjisi təchizatında gündə 4 saatdan 18 saata qədər fasilələr ola bilər.

Hesabatda bildirilir ki, Kiyev sakinlərinin demək olar ki, 95%-i zirzəmilərin mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edir, binanın yuxarı mərtəbələrinin istiliklə təmin edilməsi üçün elektrik nasosları lazımdır.

“Qəza ehtiyatı üzrə elektrik enerjisi təminatı olmasa, milyonlarla şəhər sakini istiliksiz qala bilər”, – hesabatda vurğulanır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »