Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilmə tarixi hələ də müzakirə olunur.
Bu barədə “Report”un sualını cavablandıran Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
Diplomat vurğulayıb ki, bu məsələ Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Rusiyaya səfəri zamanı da nəzərdən keçirilib:
“Bu məsələ ötən gün müzakirə olunub. Amma nəzərə alsaq ki, baş nazirin müavinləri, bu komissiyaların rəhbərləri müntəzəm olaraq – demək olar ki, ayda bir dəfə görüşürlər, əminliklə deyə bilərik ki, bu komissiya daim işləyir”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Kəlbəcərə səfərə yollanıb.