İlon Mask: “Tramp seçkiləri uduzsa, ABŞ tiranlığa doğru sürüşəcək”

0

Amerikalı milyarder İlon Mask bu fikirdədir ki, Donald Tramp qarşıdan gələn seçkilərdə ABŞ prezidenti olmasa, ölkə tiraniya yoluna düşə bilər.

İlon Mask sahibi olduğu X sosial şəbəkəsindəki hesabında belə yazıb: “Tramp seçilməsə, Amerika təhlükə altında olacaq. O, qalib gəlməlidir”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasından, keçmiş prezident Tramp isə Respublikaçılar Partiyasından çıxış edəcək.

Bundan əvvəl İlon Mask ABŞ prezidenti Co Baydenə sui-qəsd cəhdi ilə bağlı fikirlərini əks etdirən yazı yazıb. Maskın sözlərinə görə, indiyədək heç kim Baydeni və ya ABŞ prezidentliyinə namizəd Kamala Harrisi öldürməyə cəhd etməyib. Eyni zamanda o, qeyd edib ki, Tramp son aylarda ikinci dəfə hücuma məruz qalıb. Ağ Ev bu postu pisləyib.

Tramp qalib gələcəyi təqdirdə İlon Mask onun administrasiyasında məsul vəzifələrdən birini tutacaq.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »