Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub

0

Hacıqabul Rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

İctimai Rəy  xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

S.Hətəmov ona göstərilən etimada görə minnətdarlıq edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »