Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
İki nəfər bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, bıçaqlan şəxslər əmioğullarıdır.
Onları əmioğularından birinin qayınatası tərəfindən bıçaqlandığı deyilir.
Xəstəxanaya yerləşdirilən şəxslər – 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov və 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucovdur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.