İsrailin Sərhəd Polisinin əməkdaşı Qüdsdə hücum nəticəsində yaralanıb

0

Qüdsdə baş verən hücumda İsrailin Sərhəd Polisinin əməkdaşı yaralanıb.

“Report”un məlumatına görə, bu barədə İsrail polisinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, insident Qədim şəhərin müsəlmanların yaşadığı məhəlləsinə aparan Dəməşq qapısında baş verib. 20 yaşlı polis əməkdaşı hücuma məruz qalıb, cinayətkar bıçaqla silahlanıb və ona yüngül xəsarət yetirib.

Zərərçəkənə tibbi yardım göstərilib, o, xəstəxanaya çatdırılıb və huşunu itirib. Onun həyatı üçün təhlükə yoxdur.

Mətbuat xidmətinin məlumatına görə, hücum edən şəxs digər sərhəd polisi tərəfindən yerindəcə güllələnərək öldürülüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »