ABŞ hərbçiləri Yəmənə yeni hücum edib, hədəf üsyançı “Ansar Allah” hərəkatının husilərinin raket sistemi olub.
“Report”un məlumatına görə, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.
Məlumata görə, raket sistemi ABŞ-nin hərbi qüvvələri, koalisiya və regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırmış.