ABŞ-nin Məxfi Xidməti: Trampın qolf sahələri işləmək üçün çətin yerdir

0

Qolf meydançaları, xüsusən ABŞ-nin keçmiş prezidenti Donald Trampa məxsus sahələr uzun müddətdir, təhlükəsizlik baxımından narahatlıq doğurur və Birləşmiş Ştatların Məxfi Xidməti rəsmilərinin işləməsi üçün çətin yerdir.

Bu barədə mənbələrə istinadən CNN teleşirkəti xəbər yayıb.

Onların fikrincə, bu obyektlər ABŞ dövlətinin keçmiş başçısının müdafiəsi kontekstində təhlükə yaradır, potensial hücumçuların yerləşməsi üçün əlverişli ağaclar, təpələr olan nəhəng açıq sahələrə, eləcə də ictimai yollara bitişikdir.

Bununla belə, Trampın qolf meydançasında olması onu ümumi ziyarətçilər üçün və ya yaxınlıqdakı yolları bağlamağa haqq qazandırmır.

Mənbələr həmçinin diqqəti ABŞ-nin 45-ci prezidentinin Uest-Palm-Biç şəhərindəki “Trump International Golf Club” qolf klubunun üç sıx yola bitişik olmasına yönəldiblər. Qeyd edilir ki, yaxınlıqda Palm-Biç beynəlxalq hava limanı yerləşir.\\report.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »