Putin İran Təhlükəsizlik Şurasının katibini qəbul edib

0

Rusiya Prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Görüşdə Rusiya Prezidenti bildirib ki, 2024-cü ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.

Onun sözlərinə görə, hökumətlərarası birgə komissiyanın işinə xüsusilə tələbat var: “Bununla bağlı artıq Rusiya tərəfdən yeni nümayəndə təyin olunub. Biz onun həmkarının İran tərəfindən təsdiqi ilə bağlı qərarı gözləyirik”.

Görüşdə Zəngəzur yolu ilə bağlı məsələnin müzakirə olunacağı da gözlənilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »