Paşinyan hökumətin iclasında Qarabağda 44 günlük müharibədən sonra çoxlu sayda silahın yoxa çıxdığını deyib.
Bunu Ermənistan mətbuatı yayıb.
Baş nazir qeyd edib ki, o, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarışı metodologiyasına yenidən baxılmasını tapşırıb.
“İstifadə etdiyimiz metodlar yeni çağırışlara cavab vermir. Yeni metodlardan istifadə etməklə artıq kiçik də olsa, müəyyən nəticələr əldə etmişik. Biz bu üsulla qeyri-qanuni silah və sursatları aşkarlaya bilərik”, – N.Paşinyan əlavə edib.