Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir

0

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Nazirlər Kabinetinin iclasından sonra Türkiyə – Azərbaycan – Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedən nazir Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Tbilisidəki səfirimiz Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan – Gürcüstan – Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »