Sosial şəbəkələrlə bağlı ÖNƏMLİ XƏBƏR – Ekspertlərdən SOS!

0

Gəncləri ona qarşı necə “peyvənd” etməli?

“Sosial şəbəkələr gəncləri zəhərləyir. Oyun platformaları həmçinin zorakılığı və azğınlığı təşviq edən vasitəçi rolunu oynayır”.  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, uşaqlar məkrli şəkildə oyunlara yerləşdirilən LGBT təbliğatına məruz qalırlar.

“Türkiyəni iqtisadi, sosial və təhlükəsizlik baxımından zəiflətməyi hədəfləyən irqçi tələnin episentri virtual dünyadır”, – Ərdoğan əlavə edib.

Təəssüf ki, Azərbaycanda da aşağı-yuxarı vəziyyət eynidir. Yəni Türkiyə lideri əslində acı gerçəyi deyir.

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası 16 yaşdan kiçik uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi qəbul edib. Qanun sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi hesabları bağlamağı tələb edir. Beləliklə, bütün dünyada sosial şəbəkələr uşaqlar və gənclər üçün təhlükəli məkana çevrilib. Azərbaycanda da son illər yeniyetmə və gənclər arasında zərərli vərdişlər sürətlə yayılır, məktəblilər arasında davalar bıçaqlanmaya kimi aparır. Bunun qaynağını sosial şəbəkələrdən istifadədə görənlər də az deyil.

Bəs çıxış yolu nədir – gənclərimizi, yeniyetmələrimizi sosial şəbəkələrin həm də ailə dəyərlərini hədəf alan “zəhəri”ndən necə qorumalı? 

Xalq artisti ilə bağlı olayda ÜZÜCÜ DETAL

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Sosial şəbəkələrin yığışdırılması ilə bağlı çağırışlar etsək, heç nə əldə edə bilmərik. Bu, qlobal problemdir. Sosial şəbəkələrlə mübarizə aparsaq, bu, küləklə savaşmağa bənzəyər.

Sosial şəbəkələri yığışdırmaq deyil, sadəcə, onun fəaliyyətinə qanunvericiliklə nəzarət olmalıdır. Türkiyə prezidenti Ərdoğanın çağırışını sosial şəbəkə platformalarını yaradan dövlətlər də başa düşür, qəbul edir. Məsələn, hər kəsə məlumdur ki, TikTok Çində yaranıb, lakin bu ölkənin özündə belə TikTok-un analoqu istifadə olunur. Yəni Çin TikTok-u digər ölkələrə ötürür, amma özü ondan deyil, onun analoqundan istifadə edir. Hətta TikTok-un anaoloqu ilə də bağlı müəyyən məhdudiyyətlər var. Məsələn, uşaqlar üçün 45 dəqiqədən çox olmayan, böyüklər üçün isə axşam saat 8-dən səhər saat 10-a qədər limit qoyulub. Məqsəd insanları bu sosial şəbəkənin asılılığından xilas etməkdir. Sosial şəbəkələr əməklə məşğul olan insanların enerjisini tükədir, məhsuldarlığına mənfi təsir göstərir, psixoloji gərginlik yaradır və sairə. Uşaqlarda isə düşüncə pozuntusu sindromu yaratdığına, analitik məntiqi yox etdiyinə görə uşaqlar üçün xüsusi limit qoyulub. Sosial şəbəkə platformalarında informasiyalar çox sürtəli şəkildə gedir və qısa zamanda yaddaş kifayət qədər yüklənir, nəticədə analitik, məntiqli təfəkkürü zəiflədir, düşüncə pozuntusu sindromu yaradır”.

Ekspert xatırladıb ki, bir sıra Avropa ölkələrində, eləcə də Türkiyədə sosial şəbəkə platformalarını tənzimləyən qanun qəbul edilib: “Bir sıra Avropa İttifaqı ölkələrində də TikTok  sosial şəbəkə platforması məmurlar üçün qadağan olunub. Türkiyənin özündə sosial şəbəkə platformalarının fəaliyyətini tənzimləyən qanun var.

Doğrudur, sosial şəbəkə vahidləri ilə mübarizə bəzən siyasi xarakter daşıyır. Məsələn, ABŞ uzun müddət çalışdı ki, TikTok  sosial şəbəkəsinə sahiblənsin, bununla bağlı maksimum danışıqlar apardı,  amma heç bir nəticə olmadığını görəndə sanksiyalar, qadağalar tətbiq etməyə başladı.

Həmçinin Telegram-ın təsisçisi Durovun hadisəsini xatırlatmaq olar. Əvvəl Rusiyada, sonra isə Fransada məlum razılaşma əldə olunmadığına görə Durova qarşı təzyiqlər oldu, hətta Fransada bir müddətliyinə həbs olundu. Yəni bəzi güc mərkəzləri sosial şəbəkə vahidləri vasitəsilə informasiyanı idarə etməyə çalışır. Bu səbəbdən sıxışdırmalar həyata keçirilir”.

Üzeyir Şəfiyev sosial şəbəkələrin müsbət və mənfi tərəflərini bu cür şərh edib: “Ümumiyyətlə, sosial şəbəkə platformalarının həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, sosial şəbəkə platformaları üzərindən iqtisadi imkanlar var və yüz minlərlə insan məhz sosial şəbəkə platformaları üzərindən özünə iş tapır, məşğuliyyətlərini həyata keçirir, gəlir əldə edir.

Neqativ tərəfi isə ondan ibarətdir ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti elə düşünür ki, bura bol zonadır, istədiyini edə, istədiyi insanı təhqir edə, aşağılaya, hüquqa və əxlaqazidd davranışlar sərgiləyə bilər və onların fəaliyyəti heç bir hüquqi məsuliyyət yaratmayacaq. Ancaq onlar çox böyük səhv edir. Necə ki, real həyatda insanların hüquqa zidd əməlləri məsuliyyət yaradır, eləcə də virtual aləmdə bu cür davranışlar hüquqi məsuliyyət yaradır. Hüquq-mühafizə orqanları bu məsələyə ciddi yanaşır və qanunazidd əməl törədənlər məsuliyyətə cəlb olunur. Güman edirəm ki, bu məsələ bu şəkildə də davam etdiriləcək.

Qeyd etdiyim kimi, Avropa ölkələrində, həmçinin Türkiyədə sosial şəbəkələri tənzimləyən ayrıca qanun var, hesab edirəm ki, Azərbaycanda da  bu cür qanun tətbiq olunmalıdır. Doğrudur, ölkəmizdə “Media haqqında” Qanunun 10-14-cü maddəsində buna bənzər bir maddə var. Amma ayrıca qanuna da ehtiyac var. Hətta ölkə başçısı “Uşaqların  zərərli informasiyadan qorunması haqqında” Qanun imzalayıb, lakin bu qanunun icrasına nəzarət mexanizmi  sərtləşdirilməlidir.

Cinsi azlıq: "İşverən məni görəndə sanki şok keçirir" - BBC News  Azərbaycanca

Həmçinin sosial şəbəkə platformalarında LGBT, feminizm, eyni cinslilərin nikahının təbliğatını müşahidə edirik. Bu, əslində Qərb mərkəzləri, gücləri tərəfindən üçüncü dünya ölkələrinin, ənənəvi cəmiyyətlərin əsaslarını dağıtmaq üçün tətbiq olunan bir layihədir. Ənənəvi cəmiyyətlərin də əsasını klassik ailə ənənələri təşkil edir. Müşahidə edirik ki, LGBT, feminizm, eyni cinslilərin nikahını təbliğ edənlər onlayn platformalara, eləcə də bəzi televiziya verilişlərinə yol tapır, öz təbliğatları ilə klassik Azərbaycan dəyərlərini dağıtmağa, ailə dəyərlərini ayaqlar altına salmağa çalışırlar. Bütün bunlar sosial şəbəkə platformaları ilə bağlı ayrıca qanun yaradılmasına zərurət yaradır.

Bu, çox qorxulu tendensiyadır. Zamanında qarşısı alınmasa, cəmiyyətimiz, mili dəyərlərimiz üçün ciddi təhlükələr yaradacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »