İlon Mask Ukrayna ordusuna internet verib? – Özü AÇIQLADI

0

Amerikalı milyarder İlon Mask 2022-ci ildə Ukrayna hərbçilərinə Krım regionunda “Starlink” internet peyklərinə çıxışı təmin etmədiyi barədə çıxan xəbərə izah gətirməli olub.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

İlon Mask bununla “Wired” jurnalında çıxan bir informasiyaya reaksiya göstərib. Həmin xəbərə görə, 2022-ci ilin sentyabrında Krımda Rusiya donanmasına hücum etmək istəyən Ukraynaya “Starlink” internet peyklərindən istifadə etməyə icazə verilməyib. Məqalədə qeyd edilir ki, qərar Pentaqon rəsmiləri arasında ciddi narazılığa səbəb olub.

““Wired” jurnalında çıxan həmin xəbər olduqca qeyri-dəqiqdir. O zaman “Starlink”in Krımda peyk kanallarını işə salması qadağan edilmişdi, çünki ABŞ-ın Rusiyaya qarşı sanksiyaları vardı” – deyə Mask qeyd edib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »